...

Rusiya zavodları ARDNŞ-ın çənlər parkının modernləşdirilməsində iştirak etmək niyyətindədir

Energetika Materials 5 İyun 2006 18:34 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev 13-cü "Neft, qaz, Xəzərin neft emalı və neft kimyası" sərgisində iştirak edən Rusiya nümayəndə heyətinin tərkibindəki Samara Çənlər Zavodu SC və "Volqaburmaş" SC-nın rəhbərliyi ilə görüşüb.

Trend agentliyinin məlumatına əsasən, müəssisələrin rəhbərləri ARDNŞ rəhbərliyini zavodun işilə tanış edib. Samara Çənlər Parkı SC-nın direktorlar şurasının sədri İqor Putin qeyd edib ki, modernləşdirmə işlərindən sonra zavodda ən müasir texnologiya ilə avadanlıq buraxılır.

ARDNŞ rəhbəri deyib ki, hazırda şirkət çənlər parkının yeniləşdirilməsi proqramınının gerçəkləşdirilməsinə başlayıb və Avropa məhsullarından ucuz, lakin eyni keyfiyyətə malik məhsullar istehsal edən Rusiya zavodunun bu prosesdə iştirakı alqışlanır. Şirkət rəhbərlərinin sözlərinə görə, onlar ARDNŞ-ın tenderlərində və layihələrində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti