...

Mafiya strukturlarının Bakı-Tbilisi –Ceyhan boru kəmərindən gəlir əldə etmək cəhdlərinin qarşısı qəti surətdə alınacaq

Energetika Materials 7 İyun 2006 15:51 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan boru kəmərindən neftin oğurlanması məsələsi diqqətsiz qala bilməz və bu istiqamətdə ən ciddi tədbirlər görüləcək. Bu barədə iyunun 6-da Türkiyənin Azərbaycandakı nümayəndəsi Turan Moralı jurnalistlərə verdiyi müsahibədə bildirib.

O, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin strateji əhəmiyyətə malik olduğunu qeyd edərək, qeyd edib: "BTC layihəsinə iri dünya şirkətləri cəlb olunub və, şübhəsiz, mafiya strukturlarının Bakı-Tbilisi-Ceyhandan gəlir əldə etmək cəhdlərinin qarşısı alınacaq".

Türkiyə diplomatı qeyd edib: "Neftin oğurlanması cəhdlərinin qarşısı bundan sonra da qəti surətdə alınacaq".

Xatırladaq ki, neftin oğurlanması faktı bazar günü iyunun 4-də aşkar edilib. Bu zaman türk jandarmları 2 tona qədər "qara qızıl"ı benzindaşıyan maşında Adana vilayətindən çıxarmağa çalışan iki şəxsi saxlayıb.

Qeyd edək ki, BTC neft boru kəmərinin təhlükəsizliyi üzrə məsuliyyəti ərazisində insidentin baş verdiyi ölkə (Türkiyə, Gürcüstan, Azərbaycan) daşıyır.

Xəbər lenti

Xəbər lenti