...

Üç energetika nazirinin görüşü iyunun 12-13-də keçiriləcək

Energetika Materials 7 İyun 2006 17:51 (UTC +04:00)

Cənub-Qafqaz qaz kəməri layihəsi çərçivəsində Gürcüstana düşən təbii qazın həcminin artırılması məsələsinin müzakirəsi üçün Azərbaycan, Türkiyə və Gürcüstanın energetika nazirləri iyunun 12-13-də görüşəcək. Bu barədə Trend ə Gürüstanın energetika nazirinin müavini İsaak Novruzov xəbər verib. Görüşün keçirilmə yeri hələ müəyyənləşdirilməyib.

2007-ci ilə Gürcüstanın təbii qaza tələbatı 1,5 mlrd. kub metrdən 2 mlrd. kub metrədək artacaq, bu gün ölkənin tələbatını ödəmək üçün Tbilisi qazı Rusiyadan alır.

Nazir müavinin sözlərinə görə, nazirlərin son görüşü Bakıda təşkil olunub. Həmin görüş çərçivəsində Azərbaycan və ya Türkiyənin payından Gürcüstana veriləcək qazın həcmi ilə bağlı təklifləri nazirlərin müzakirəsinə təqdim edəcək komissiya yaradılıb.

Xəbər lenti

Xəbər lenti