...

"Azərenerji" Naxçıvan modul elektrik stansiyasında bir sıra işlər görüb

Energetika Materials 8 İyun 2006 15:36 (UTC +04:00)

Naxçıvan Muxtar respublikasında modul elektrik stansiyasının tikintisilə bağlı topoqrafiq, geoloji və geodez işləri, seysmik tədqiqat və planlaşdırma başa çatıb. Bu barədə Trend ə "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib. Lazımi kommunikasiyalar çəkilib.

Yaxın vaxtlarda Finlyandiyadan zəruri avadanlıq gətiriləcək. Tikinti üzrə podratçı Finlyandiyanın Wartsila şirkətidir.

Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC-yə Bakı, Naxçıvan, Astara, Xaçmaz və Şəkidə 52 qurğu inşa etmək tapşırılıb. 2006-cı ildə Bakı istilik elektrik mərkəzi xətti ərazisində 12, Naxçıvanda 10, Xaçmazda 10, Şəkidə 10 elektrik stansiyası tikiləcək. Bu stansiyalar "Azəriqaz"SC-nin verəcəyi təbii qazla işləyəcək. Stansiyalar 8,7 MIt gücündə olan enerji modullarından ibarətdir.

Həmin elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisi istehsalı 450-460 MIt artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti