...

Shell şirkəti "İnam" strukturunda işlərin davam etdirilməsində maraqlıdır

Energetika Materials 8 İyun 2006 16:47 (UTC +04:00)
Shell şirkəti "İnam" strukturunda işlərin davam etdirilməsində maraqlıdır

ARDNŞ prezidenti Rövnəq Abdullayev ''Şhell'' şirkətinin vitse-prezidenti doktor Qavin Qrahamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend in xəbər verdiyi kimi, ARDNŞ prezidentinin sözlərinə görə, şirkətlə uzun illər davam etmiş əməkdaşlığa baxmayaraq Shell əvvəlki kimi Azərbaycanın neft sənayesinə maraq göstərir.

Shell nümayəndəsi ARDNŞ prezidentini şirkətin İranda və Qazaxıstanda gerçəkləşdirdiyi layihələrlə tanış edib. Həmçinin, şirkətin 25% iştirak payına malik olduğu "İnam" perspektivli strukturu üzrə danışıqlar da aparılıb. Şirkətin vitse-prezidentinin sözlərinə görə, Shell bu yatağa böyük maraq göstərir və yaxın vaxtlarda burada kəşfiyyat işləri davam etdiriləcək. Bundan başqa Shell ARDNŞ mütəxəssisləri ilə neft emalı ilə bağlı məsələləri də müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti