...

"Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabul mətbuat konfransı keçirib

Energetika Materials 8 İyun 2006 18:52 (UTC +04:00)

İyunun 8-də "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabul mətbuat konfransı keçirib. Trend in xəbərinə görə, H.Arabul son vaxtlar şirkət ətrafında cərəyan edən hadisələrlə bağlı məlumat verib.

Arabul həmçinin bildirib ki, şirkətin fəaliyyətini yoxlamaq məqsədi ilə İqtisadi İnkişaf Nazirliyində yaradılmış təftiş komissiyasının sorğularına 200 min səhifədə cavab göndərilib.

Arabulun sözlərinə görə, şirkətə borcu olan məmurlara xəbərdarlıq edilməsinə baxmayaraq onlar hələ də borclarını ödəməyiblər.

Ötən il həmin məmurlardan bəzilərinin adını açıqladığına görə təzyiqlərə məruz qaldığını söyləyən Arabul qeyd edib ki, həmin təzyiqlər bu gün də davam edir.

"Bəzi məmurların 24 yerdə evi, ofisi, 12 mərtəbə binaları var. Amma heç biri onun öz adına deyil. Pulunu vermir, işığını kəsirəm. Bunun müqabilində vergiyə, prokurorluğa məndən şikayət edirlər" - deyə Arabul söyləyib.

Arabul onu da əlavə edib ki, hazırda dövlət qurumlarının Barmek"ə 144 mln. dollar, şirkətin isə "Azərenerji"yə 103 mln. dollar borcu var.

Xəbər lenti

Xəbər lenti