...

Azərbaycanın Dövlət Neft Şirkəti Novorossiysk neftinin satışı üçün tenderi bağladı

Energetika Materials 8 İyun 2006 19:33 (UTC +04:00)

Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) iyun ayında Novorossiysk limanından 60 min ton Ural neftinin satışı üçün tenderi bağlayıb. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər. Tenderin qalibi Glencore treyderi elan olunub. O, neft partiyasını limandan iyunun 29-30-da aparacaq.

Bu il Glencore tenderlərdə ARDNŞ-dən 265 min ton neft, Taurus Petroleum treyderi isə 140 min ton neft alıb.

ARDNŞ 2004-cü ildə göndərilmiş 2,559 milyon ton müqabilində 2005-ci ildə Novorossiysk limanından 1,631 milyon ton neft göndərib.

2005-ci ildə Glencore ARDNŞ-dən ən çox - 557 min ton Novorossiysk nefti alan şirkət olub, ikinci yerdə 464 min ton neft almış LUKoyl şirkətidir.

2006-cı ilin əvvəlindən ARDNŞ-dən Novorossiysk neft partiyalarını alan şirkətlər aşağıdakılardır:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore (60 min ton);

May - Glencore (60 min ton);

İyun - Glencore (60 min ton).

Xəbər lenti

Xəbər lenti