...

ARDNŞ-də İran şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Energetika Materials 9 İyun 2006 15:47 (UTC +04:00)
ARDNŞ-də İran şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev İran Milli Neft Korporasiyasının Emal və Satış Şirkətinin Korporativ Planlaşdırma üzrə direktoru, Global Union Energy Ientures Ltd' şirkətinin İran üzrə rezident-direktoru və bu şirkətin idarəedici direktoru ilə görüşüb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Iran şirkətlərinin nümayəndələri neftin emalı sahəsində Dövlət Neft Şirkəti ilə əməkdaşlıq etmək niyyətlərini bəyan edib və və şirkətin hasilat gücü ilə maraqlandıqlarını bildirib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanla İran arasında yanacaq-energetika sahəsində əlaqələrin genişləndiyini qeyd edib, Naxçıvanın qazla təminatı işində qonşu dövlətin rolunu xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti