...

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti "Eurasia Energy" şirkətinin nümayəndələri ilə görüşüb

Energetika Materials 9 İyun 2006 16:48 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Britaniyanın "Eurasia Energy" şirkətinin nümayəndələri ilə görüşüb. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər.

Bir ay əvvəl ARDNŞ nümayəndələri və bu şirkətin rəhbərləri arasında artıq bir görüş olub. "Eurasia Energy" şirkətinin prezidenti Nikolas Bakster bu müddət ərzində görülmüş işlər haqqında danışıb. Görüşdə şirkət prezidenti ilə yanaşı prezident məsləhətçisi, Böyük Britaniyanın keçmiş naziri, Azərbaycan-Böyük Britaniya cəmiyyətinin sədri lord Frezel Karmill və şirkətin diretkoru Roger Tomas iştirak ediblər.

Azərbaycan Dövlət Neft Şirkəti dəniz "Bloku" üzrə geoloji və geofiziki materialları artıq bu şirkətə təqdim edib. "Eurasia Energy" şirkəti layihənin iqtisadi tərkibinin qiymətləndirilməsi məqsədi ilə materialların öyrənilməsinə başlayıb.

Dəniz "Bloku"na "Ələt-Dəniz", "Hamamdağ-Dəniz", "Qarasu", "Sangi-Muğan", "Ülfət", "Aran-Dəniz", "Daşlı" və "Səbayıl" yataqları daxildir. "Blok" Bakıdan təxminən 70 km aralı dayaz sahil sularında yerləşir.

ARDNŞ və "Eurasia Energy" şirkəti arasında memorandum imzalanıb və şirkətə müvəqqəti olaraq bu "Blok" üzrə danışıqların aparılması üçün eksklyuziv hüquq verilib.

"Eurasia Energy Limited" "TRACS İnternational Consultancy Ltd." şirkətini bu layihə çərçivəsində neft injinirinqi üzrə məsləhətçi qismində cəlb edib.

"Blok"dakı suyun dərinliyi əsasən 20 metrdir və maksimal olaraq 50 metr səviyyəyə çatır. "Ələt-Dəniz" 1983-cü ildə kəşf olunub və bu günə qədər buradan 12,5 milyon neft bareli və 1 milyard kub metr qaz hasil olunub. ARDNŞ-in məlumatlarına görə, "Ələt-Dəniz"də qalan hasil edilmiş neft ehtiyatlarını 14 milyon neft bareli və 1 milyard kub metr qaz təşkil edir. Əsas məhsuldar laylar 3700-4500 metr dərinliyindədir.

Xəbər lenti

Xəbər lenti