...

Azərbaycan, Türkiyə və Gürcüstan arasında qazla bağlı danışıqların vaxtı dəyişdirilib

Energetika Materials 12 İyun 2006 13:55 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan ekspertlərinin Tiflis üçün Bakı-Tiflis-Ərzurum qaz kəməri üzrə kvotanın Ankaranın hesabına artırılması imkanları ilə bağlı görüşü iyunun 19-na keçirilib. Bu barədə Trend ə Azərbaycanın Sənaye və Energetika Nazirliyindən məlumat verilib. Görüş iyunun 12-14-də Tiflisdə keçirilməli idi.

Hazırda Gürcüstanın "Şahdəniz" qaz-kondensat yatağından əlavə həcmdə qaz alması məsələsi muzakirə olunur. Bu, Türkiyənin Botaş şirkətinin yataqdan ona tədarük ediləcək qazı qəbul etməyə hazır olmayacağı halda baş verə bilər. Ancaq bu qazla bağlı Azərbaycanın öz niyyəti var. Respublika qazı özü əldə etmək niyyətindədir.

Mövcud sazişə əsasən, Gürcüstan güzəştli şərtlərlə Bakı-Tiflis-Ərzurum qaz kəmərindən ildə 800 mln kub metr qaz ala bilər. Ancaq Gürcüstan üçün bu həcm kifayət deyil və ölkə öz payını ildə 1,5-2 mlrd kub metrədək artırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti