...

Qazaxıstan BTC vasitəsilə neftin birgə nəqli haqqında hökumətlərarası sazişi parlamentdə təsdiqləməyə razılaşıb

Energetika Materials 12 İyun 2006 16:13 (UTC +04:00)

Aktau-Bakı nəqliyyat dəhlizinin Bakı-Tbilisi-Ceyhan kəmərilə Qazaxıstan neftinin ixracı baxımından vacibliyi nəzərə alınaraq, hökumətlərarası saziş Qazaxıstan parlamentində təsdiqlənməlidir. Bu barədə, Trend in Astanadakı xüsusi müxbirinə "Kazmunayqaz" neft şirkətinə yaxın mənbələrdən xəbər veriblər.

"BTC kəmərinə qoşulmaq haqqında sazişin Qazaxıstan parlamentində təsdiqi məcburidir" - deyə mənbə qeyd edib.

Qazaxıstan 2008-2009-cu illərdə Kaşaqan yatağından neft ixrac etməyi planlaşdırır. İlk mərhələdə kəmərlə ildə 7,5 mln. ton neft nəql oluna bilər. Qazaxıstan sonrakı mərhələlərdə Azərbaycan ərazisi vasitəsilə neftin ixracını 20 mln. tona çatdırmağı nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti