...

Azərbaycan öz qazını İsrailə LNG şəklində sata bilər

Energetika Materials 13 İyun 2006 14:00 (UTC +04:00)

Azərbaycan qazının İsrailə ixracı üçün qazın mayeləşdirilməsi (LNG) üzrə zavodun inşa edilməsinə və tankerlərdə dəniz vasitəsilə nəqlinə ehtiyac var. Azərbaycanın neft-qaz sənayesi ekspertlərinin Trend ə verdiyi məlumata görə, bunun üçün Ərzurumda qazın qəbul olunduğu məntəqədən Ceyhan limanı ilə yanaşı yerləşəcək LNG istehsalı üzrə zavodadək qaz kəməri çəkmək lazımdır.

Qeyd edək ki, iyunun əvvəlində İsrail nümayəndələri Azərbaycandan neft və qaz idxal etmək niyyətini bildirib. İsrail ekspertlərinin məlumatına görə, bu gün ölkəyə 1,5 mlrd. m3-dən bir qədər çox qaz lazımdır.

Azərbaycan qazının İsrailə ixracının digər variantı Aralıq dənizinin dibi ilə Ceyhandan İsrail sahilinədək qaz kəmərinin çəkilməsi ola bilər. Layihənin ilkin dəyəri $1,5 mlrd-ı keçə bilər.

Xəbər lenti

Xəbər lenti