...

BP yeni proqram həyata keçirməyə başlayıb

Energetika Materials 13 İyun 2006 16:09 (UTC +04:00)

BP Azərbaycanın neft-qaz sektorunda əmtəə və xidmət dərarükü üzrə yerli müəssisələrin maliyyələşdirilməsi üçün imkanlar açacaq yeni təşəbbüsü reallaşdırmağa başlayıb. Trend in verdiyi xəbərə görə, bu barədə BP Azerbaijan şirkətinin press-relizində deyilib.

AzMETCO - "Kompleks nəzarət və avtomatika vasitələri" adlı yerli səhmdar cəmiyyət BP-nin layihələr üzrə partnyorları adından başladığı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən başlanmış maddi -texniki təminatın maliyyələşdirilməsi üzrə yeni pilot layihə çərçivəsində borc alan ilk müəssisə olacaq.

Maddi -texniki təminatın layihələşdirilməsi layihəsi (SFF) - birgə kredit təşkilatıdır. Onun məqsədi BP və onun partnyorları, BMK, həmçinin BMK-nın seçimi üzrə yerli maliyyə təşkilatlarının təqdim etdiyi resurslar hesabına Azərbaycanın neft-qaz sektorunda əmtəə və xidmət tədarükü üzrə yerli müəssisələrin inkişafının dəstəklənməsindən ibarətdir.

Layihə BP və onun partnyorları tərəfindən qoyulmuş vəzifələrə uyğun olaraq həyata keçirilir. Bu, 2010-cu ilə qədər yerli şirkətlərə qoyulan sərmayələrin ümumi xərclərinin məbləğini ildə 500 milyon ABŞ dollarından çox məbləğə çatdıraraq, iki dəfə artırmaqdan ibarətdir. SFF layihəsi bir neçə fazada reallaşacaq. Birinci faza - layihə üzrə kreditin verilməsi, artıq pilot proqram kimi başlayıb və BMK-nın rəhbərliyi altında yerinə yetiriləcək.

Bu pilot layihəsi BMK və Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMB) arasında qrant haqqında aryıca razılaşma üzrə həyata keçirilir və borcun ümumi məbləği 316 min ABŞ dolları təşkil edəcək. Bu məbləğdən BP-nin və onun Azərbaycandakı partnyorlarının seçdiyi üç tədarükçüyə borc veriləcək. Bu razılaşma çərçivəsində BP öz partnyorlarının adından 140 min ABŞ dolları, BMK isə 140 min ABŞ dolları verəcək (bunun 20 min ABŞ dolları layihənin pilot hissəsinin texniki inkişafı və qiymətləndirilməsi üçün nəzərdə tutulub), qalan 56 min ABŞ dolları isə AMB təqdim edəcək.

SFF-dən borc ala bilən yerli şirkətlər BP-nin Biznes mərkəzi tərəfindən seçiləcək, bundan sonra onlar AMB-nın kredi qiymətləndirilməsindən keçməli və, nəhayət, üç ölkənin nümayəndələrinin daxil olacağı SFF Kredit Komitəsi tərəfindən təqdir olunmalıdırlar.

2010-cu ilə qədər BP şirkəti və onun partnyorları kiçik və orta biznes müəssisələri (SME) və birgə müəssisələrlə müqavilələrə əlavə olaraq ildə 250 milyon ABŞ dolları sərf etməyi planlaşdırırlar və bununla da yerli şirkətlərə sərf olunan ümumi xərclər 500 milyon ABŞ dollarını ötür.

Xəbər lenti

Xəbər lenti