...

İqtisadi İnkişaf Nazirliyinin xüsusi komissiyası "Barmek" nümayəndələrilə görüş keçirəcək

Energetika Materials 13 İyun 2006 16:22 (UTC +04:00)

Bu həftə "Barmek" şirkətinin müqavilə öhdəliklərini yerinə yetirməsi ilə bağlı yoxlama keçirmək üçün İqtisadi İnkişaf Nazirliyi yanında yaradılmış xüsusi komissiyasının 3-cü görüşü keçiriləcək. Bu barədə Trend ə iqtisadi inkişaf naziri müavini, komissiyanın rəhbəri Mikayil Cabbarov bildirib.

Onun sözlərinə görə, təftiş müqaviləyə əsasən aparılır və bu günə qədər şirkətə təqdim olunmuş sorğunun 60%-nə cavab alanıb. Yoxlama bir neçə istiqamətdə aparılır ( şirkətinin maliyyə davamlığığı, müqavilə vəzifələrinin yerinə yetirilməsi, texniki fəaliyyət üzrə işlər, yatırılmış investisiyaların həcmi, texniki şərtlərin yerinə yetirilməsi, texniki itkilərin müəyyənləşdirilməsi).

M.Cabbarov hesab edir ki, hökumətin vəzifələrini yerinə yetirmədiyi halda "Barmek"ın müqaviləni pozması haqqında bəyanatlarının heç bir hüquqi əsası yoxdur. "Bu, İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan hökuməti ilə müzakirə edilməli olan səhv üsuldur" - deyə M.Cabbarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti