...

ARDNŞ MİƏİ beynəlxalq sertifikatların alınmasına hazırlaşır

Energetika Materials 14 İyun 2006 11:02 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi gələcəkdə beynəlxalq sertifikatlar almaq üçün İSO 9001:200 beynəlxalq standartların tələblərinin uyğunlaşdırılması üzrə işlər həyata keçirməyə başlayıb.

Trend in ARDNŞ-in məlumatına istinadən xəbər verdiyi kimi, hazırda idarə respublikanın daxili bazarını, o cümlədən neft və neft məhsullarının ixracını təmin etməklə yanaşı elektrik enerjisi və idxal olunan təbii qazın dəyərini ödəyir, ABƏŞ tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunmuş qazı öz borusu vasitəsilə Azəriqaz ASC paylayıcı şəbəkəsinə göndərir.

"Yaxın gələcəkdə BTC neft kəmərinin istismara verilməsi və bir sıra layihələrin gerçəkləşdirilməsi idarənin vəzifələrinin artmasına gətirib çıxaracaq və işin uğurla başa çatdırılması üçün idarənin fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması tələb olunur", - deyə məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti