...

Gürcüstanda BTC boru kəmərindən neft oğurluğu cəhdinin qarşısı alınıb

Energetika Materials 14 İyun 2006 19:01 (UTC +04:00)

Gürcü polisi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən neft oğurlayan iki nəfəri saxlayıb. Gürcüstan DİN-dən Trend ə verilən xəbərə görə, Samtsxe - Cavaxeti polis əməkdaşları tərəfindən oğurluq faktı üzrə 1964-cü il təvəllüdlü Levan Qelaşvili və 1947-ci il təvəllüdlü Aleksandr Ququberidze saxlanılıb.

Onlar boru kəmərinin 21 yerindən neft oğurlayıblar. Saxlanan zaman onlardan 700 litr neft götürülüb. Fakt üzrə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti