...

İyulda BTC boru kəməri ilə neftin nəqli 50% artacaq

Energetika Materials 16 İyun 2006 16:13 (UTC +04:00)

Gələn ay Bakı-Tiflis-Ceyhan boru kəməri ilə indiki 200 min barelə qarşı sutkada 300 min barel neft nəql olunacaq. Bu barədə Trend ə BTC boru kəmər şirkətinin operatoru olan BP Azerbaijan şirkətindən məlumat verilib. Bu həcmlərin boru kəməri ilə sabit şəkildə nəqlindən sonra yüklənmənin qrafiki müəyyən olunacaq", - deyə şirkətdən bildirilib.

2006-cı il iyunun 20-də boru kəməri təxminən 10 gün müddətinə dayandırılacaq. Bu, boru kəmərinin inşasının başa çatması üçün görülməsi vacib olan bir sıra işlərlə izah olunur. Bundan sonra boru kəməri fasiləsiz iş rejiminə keçəcək.

Növbəti neft partiyası Ceyhandan iyulun 13-də, limanda terminalın açılış mərasimi zamanı yüklənə bilər.

Xəbər lenti

Xəbər lenti