2006-cı ilin yanvar-may aylarında Dövlət Neft Şirkətinin "Heydər Əlyiev adına" Bakı neft emalı zavodları və Azərneftyağ 3 mln. 123,6 min ton müxtəlif neft məhsulu istehsal edib ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 11,3% çoxdur.
Azərbaycan Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, yanvar-may aylarında avtomobil benzinin istehsalı ötən ilki göstəricilə müqayisədə 7%, ağ neft 7,9%, dizel yanacağı 14,2%, mazut 4% və nafta 16,4% artıb. Yanvar-may aylarında sürtkü yağları (80,5%) və neftbitumun istehsalında da artım (36,1%) müşahidə olunur.
2006-cı ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı aşağıdakı kimidir:
Min ton |
2006-cı il yanvar-may |
2005-ci ilin yanvar-mayı, % |
01.06.06 tarixinə anbar ehtiyatları |
Avtomobil benzini |
354,2 |
107,0 |
38,1 |
Ağ nefti |
326,3 |
107,9 |
24,3 |
Yanacaq mazutu |
1282,1 |
104,0 |
55,9 |
Dizel yanacağı |
930,1 |
114,2 |
82,0 |
Neftebitum |
41,5 |
136,1 |
0,9 |
Neftekoks |
|||
Sürtkü yağları |
20,4 |
180,5 |
15,4 |
Nafta |
169,0 |
116,4 |
0,8 |