...

Əlibayramlı istilik elektrik stansiyasının enerji bloklarında təmir işləri aparılır

Energetika Materials 20 İyun 2006 13:24 (UTC +04:00)

2006-cı ilin mayında Əlibayramlı istilik elektrik stansiyasında 420 mln. kVt/s elektrik enerjisi istehsal olunub. Bu obyektdə gündəlik istehsal 12 mln. kVt/s enerjiyə bərabərdir. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

Hazırda stansiyanın birinci enerji blokunda əsaslı təmir işləri aparılır. Avadanlıq dəyişikliyi həyata keçirilir. Bu proses iyulun sonunadək davam edəcək. Təmir işləri stansiyanın 6-cı enerji blokunda da həyata keçirilir və yaxın günlərdə blok işə salınacaq. Analoji işlər qış dövründə işə hazırlıq çərçivəsində bütün enerji bloklarında aparılacaq.

Hazırda elektrik stansiyasının tam yenidən qurulması imkanları da nəzərdən keçirilir. SC mütəxəssisləri müxtəlif avadanlıq növləri ilə tanış olur. Daha sonra isə stansiyada quraşdırılacaq avadanlığın növü haqqında qərar qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti