...

Xəzərin dibindən sualtı boru kəmərlərinin çəkilməsi mümkündür

Energetika Materials 21 İyun 2006 17:39 (UTC +04:00)

"Biz hesab edirik ki, Xəzər dənizində sualtı boru kəmərlərinin çəkiliş layihəsinin həyata keçirilməsi real və mümkündür". Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, bu məsələ üzrə Xəzəryanı ölkələrin və ya digər maraqlı ölkələrin istəyi olarsa, o zaman bu layihə həyata keçirilə bilər.

Nazir müavini bildirib: "Azərbaycan bu məsələ üzrə öz mövqeyini dəfələrlə bildirib. Bu mövqe belə layihələrin reallaşmasının mümkünlüyündən ibarətdir".

Xəbər lenti

Xəbər lenti