...

Bakı-Tbilisi-Ceyhan kəmərilə neftin nəqli dayandırılıb

Energetika Materials 27 İyun 2006 20:05 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan boru kəmərilə neftin nəqli dayandırılıb. Bu barədə Trend ə BP Azerbaijan-dan məlumat verilib. Bu, kəmərdə aparılan yekun işlər ilə bağlıdır. Bundan sonra boru kəməri fasiləsiz iş rejiminə keçəcək.

Bu işlərin başa çatmasından sonra neft nəqlinin həcmi gündə 300 min barelə çatacaq. Bundan sonra kəmərlə sabit olaraq 300 min barel neft nəql olunacaq və tankerlərin boşaldılması qrafikı müəyyənləşdiriləcək.

Fasiləyə qədər kəmər vasitəsilə gündə 200 min barel neft nəql olunurdu.

Xəbər lenti

Xəbər lenti