...

ARDNŞ Almaniyada kadrların hazırlanması imkanlarını müzakirə edib

Energetika Materials 28 İyun 2006 12:58 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətində ARDNŞ İşlər İdarəsinin rəisi Xaliq Məmmədov ilə Almaniyanın DAAD - Alman Akademik Mübadilə Xidmətinin İnformasiya Mərkəzinin rəhbəri xanım Ulrike Mitter arasında tələbə mübadiləsi məsələlərinə həsr olunmuş görüş keçirilib. Bu barədə ARDNŞ-dən məlumat verilib.

Görüşdə ARDNŞ-ın kadr hazırlığı proqramı çərçivəsində tələbə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Eyni zamanda Klausthal, Karlsruhe institutları ilə əməkdaşlıq imkanlarına da toxunulub. Xanım Mitter Almaniyada universitetlərə qəbul qaydalarının müəyyən fərqlərə malik olmasına baxmayaraq, geniş əməkdaşlığa başlaya biləcəklərini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti