...

ARDNŞ ikinci yarımildə neft məhsullarının satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 28 İyun 2006 15:42 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 120 min ton L-62 növlü dizel yanacağı, 163 min ton A-92 növlü avtomobil benzini və 25 min ton TS-1 növlü təyyarə yanacağının satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən bildirilib. Tender bu ilin ikinci yarısı üçün neft və neft məhsullarının göndərilməsi üzrə elan edilib.

Dizel yanacağı və avtomobil benzinini Gürcüstanın Saknaftobtransi dövlət şirkəti ölkənin daxili bazarında satmaq üçün alıb. Təyyarə yanacağını isə Tiflis hava limanını təmin etmək üçün Air BP Georgia LLC şirkəti əldə edib.

Xəbər lenti

Xəbər lenti