...

ARDNŞ-in istismar quyu fondu 6 mini keçib

Energetika Materials 6 İyul 2006 14:07 (UTC +04:00)

2006-cı il iyul ayının 1-nə olan məlumata əsasən, 6 ayın yekunları üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (Əməliyyat Şirkətləri və Müştərək Müəssisələr istisna olmaqla) istismar quyu fondu 6157 ədəd təşkil edib. 5 ayın yekunları üzrə bu rəqəm 6639 quyuya bərabər olub. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidməti məlumat verib.

Bunların 4718 ədədi fəaliyyətdə olan (5 ayın yekunları üzrə 4916), 1433-ü (5 ayın yekunları üzrə 1713) isə fəaliyyətsiz fonddadır. 6 quyu (5 ayın yekunları üzrə 10) mənimsənilməkdədir.

Xəbər lenti

Xəbər lenti