...

Batumi neft terminalı neft yüklərinin daşınmasını artırıb

Energetika Materials 18 İyul 2006 10:57 (UTC +04:00)

Batumi neft terminalı 2006-cı ilin yanvar-iyun aylarında 6,4 mln ton neft yükü daşıyıb. Bu göstərici 2005-ci ilin analoji dövründə 4,3 mln. ton təşkil edib. Bu barədə Trend ə limana yaxın mənbələrdən məlumat verilib.

2006-cı ilin iyununda yük daşınması 2006-cı ilin mayına olan 1,4 mln tona və 2005-ci ilin iyununa olan 923 min tona qarşı 867,5 min ton təşkil edib.

Batumi neft terminalı ildə 15 mln tonadək neft yükü daşımaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdə 30-90 min tonluq tankerlərə xidmət edir. Hazırda terminalın rezervuar parkının gücü təxminən 530 min tona bərabərdir ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin daşınması üçün böyük göstəricidir.

Xəbər lenti

Xəbər lenti