Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Türkiyənin dövlət naziri, Azərbaycan-Türkiyə müştərək iqtisadi komissiyanın həmsədri Mehmet Aydının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə nazirlikdən məlumat verilib.
N.Əliyev Bakı-Tiflis-Ceyhan boru kəmərinin inşasının böyük siyasi və iqtisadi əhəmiyyətini qeyd edib.
Görüş zamanı tərəflər sıx iqtisadi, əsasən sənaye və energetika sahələrində əlaqələri müzakirə edib, bu əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb.