...

"Xəzər dəniz neft donanması" dörd gəminin yenidən qurulması üçün tender elan edib

Energetika Materials 28 İyul 2006 17:14 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzər dəniz neft donanması" idarəsi "Şirvan-2", "Şirvan-3", "Atlet-2" və "Neftqaz" gəmilərinin təmiri üçün avadanlıq və ehtiyat hissələrin alınması üzrə tender elan edib.

Trend in xəbər verdiyi kimi, avadanlıq və ehtiyatlar hissələri müqavilənin imzalandığı gündən 3 aydan gec olmayaraq yükalana göndərilməlidir. Avadanlıq və ehtiyat hissələrin qiyməti təsdiq edilmiş və qaytarılmayan akkreditiv üzrə və ya yükün göndərilməsindən sonra 6 ay ərzində hissə-hissə ödəniləcək.

İddiaçılar iştirak haqqında müraciət və digər sənədləri 05 sentyabr 2006-cı il tarixindən gec olmayaraq "Xəzər dəniz neft donanması" idarəsinə təqdim etməlidirlər.

Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcək: ehtiyat hissələrin qiyməti, səciyyəvi təcrübə (gəminin ehtiyat hissələri ilə təchizatı sahəsində), göndərilmə müddəti.

Tender təklifləri 13 sentyabr 2006-cı ildə saat 11.00-da "Xəzər dəniz neft donanması" idarəsinin binasında açılacaq.

Xəbər lenti

Xəbər lenti