...

BP "Şərqi Azəri" platformasının üst tikiliklərini quraşdırıb

Energetika Materials 28 İyul 2006 18:06 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bu gün dənizdə "Şərqi Azəri" platformasının üst tikililərini quraşdırıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsi üzrə layihənin operatoru BP Azerbaijan şirkətindən bildiriblər.

İyulun 6-da "Şərqi Azəri" üçün nəzərdə tutulmuş 15 850 tonluq üst tikililər STB-1 nəqliyyat barjasına yüklənib. İyulun 26-da üst tikililər "Heydər Əliyev adına" Bakı Dərin Özüllər Zavodundan dənizə göndərilib.

VA platforması 150 m dərinliyində, "Azəri" yatağının şərq hissəsində quraşdırılıb. 2006-ı ilin martında platformanın istinad bloku dənizdəki quraşdırma nöqtəsinə yerləşdirilib. "Şərqi Azəri"dən ilk nefti 2006-cı ilin sonuna qədər, yəni üst tikililərin montaj və işə salma-qəbul sınaqlarından sonra hasil etmək planlaşdırılır. Bu, "Azəri-Çıraq-Günəşli" dəniz yataqlarında neft hasilatını gündə 260 min barel artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti