...

"Azərenerji" yeni elektrik stansiyasının inşası haqqında qərar qəbul edib

Energetika Materials 29 İyul 2006 13:28 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, "Azərenerji" SC Səngəçalda yeni elektrik stansiyasının inşası haqqında qərar qəbul edib.

Ehtimallara görə, layihə çərçivəsində Finlyandiyanın Wartsila şirkəti böyük gücə malik modul elektrik stansiyaları tipində stansiya quraşdırılacaq. Layihə çərçivəsində 17,5 MVt-lıq cəmi 20 modul quraşdırmaq planlaşdırılır. Stansiyanın məcmu gücü 340-350 MVt. təşkil edəcək.

Rejimin mürəkkəb dəyişdirilməsi sisteminə baxmayaraq, qaz-mazut prinsipi iki qida mənbəyi baxımından cəlb edicidir. "Azərenerji"Bakı və Abşeron yarım adasını təmin etmək üçün Səngəçalda modul elektrik stansiyası tikmək niyyətindədir.

Əvvəl SC mütəxəssisləri Türkiyədə mazut və qazla işləyən modul elektrik stansiyalarının işilə tanış olub. Bu elektrik stansiyaları Türkiyədə də Wartsila şirkəti tərəfindən quraşdırılıb.

"Azərenerji" elektrik energiyasının istehsalı zamanı bir yanacaq növündən asılı olmaq istəmir. Buna görə hazırda mazut və qaz istehlak edən elektrik stansiyanı tikmək planlaşdırıb.

Hazırda fin şirkəti Azərbaycanda 90 MVt gücündə olan 5 modul stansiyasının inşası layihəsini həyata keçirir. Stansiyaların biri artıq Astarada istismara verilib, Xaçmaz və Şəkidə isə tikinti gedir. Bundan əlavə, bakı və Naxçıvanda da stansiyaların tikintisi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti