...

EİTİ idarə heyətinin ilk toplantısı BMT-nin qərargahında keçiriləcək

Energetika Materials 1 Dekabr 2006 16:44 (UTC +04:00)

Hasilat sənayesinin şəffaflıq təşəbbüsü (EİTİ) idarə heyətinin ilk toplantısı dekabrın 6-7-də BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək. Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Trend ə verilən məlumata görə, toplantıda Azərbaycanda EİTİ üzrə dövlət komissiyasının başçısı, ARDNF-in icraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti iştirak edəcək.

İdarə heyətinin formalaşması haqqında qərar EİTİ-nın 2006-cı ilin oktyabr ayında Osloda keçirilən üçüncü beynəlxalq konfransında qəbul olunub. Başlıca məqsəd EITI-nın gələcək fəaliyyətinin koordinasiyası və beynəlxalq dəstəyin təmin olunması olub.

Azərbaycan EİTİ üzrə daha dörd hesabat hazırlayan və hazırda beşinci hesabat üzərində işləyən ölkə kimi təşəbbüsün idarə heyətinin üzvü seçilib. Konfransın qərarına əsasən Azərbaycan beynəlxalq standartlara əsasən hesabat hazırlayan və dünya ölkələri arasında aparıcı rolu nümayiş etdirən yeganə ölkədir.

İdarə heyətinin tərkibinə səkkiz ölkə nümayəndəsi daxil olub. Onlardan beş ölkə -Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan və Nigeriya artıq EİTİ tətbiq edirlər, üç ölkə - ABŞ, Böyük Britaniya və Almaniya təşəbbüsü dəstəkləyirlər. Bundan əlavə idarə heyətinə beynəlxalq QHT, hasilat sənayesi üzrə şirkətlərin və bir investisiya şirkətinin nümayəndələri daxil olub.

Xəbər lenti

Xəbər lenti