...

Salyan Oil əməliyyat şirkətinin 2007-ci ilə üçün büdcəsi müəyyən edilib

Energetika Materials 2 Dekabr 2006 11:17 (UTC +04:00)

"Kürsəngi-Qarabağlı" yatağında iş aparan Salyan Oil şirkətinin əməliyyat komitəsində gələn il görüləcək işlərin büdcəsi 43 mln. dollar həcmində müəyyən edilib. Bu barədə şirkətdən Trend ə verilən məlumatda bildirilir. Ümumilikdə gələn il 6 quyunun qazılması nəzərdə tutulur. Bu quyuların hamısı istismar quyuları kimi nəzərdə tutulur. Gələn həftə bütün bu təkliflərin təsdiqi planlaşdırılan işçi komitənin görüşü planlaşdırılır.

Əvvəl ARDNŞ və Salyan Oil-in nümayəndələri texniki komitənin iclasını keçiriblər. Bu görüşdə gələn il üçün iş planı müzakirə olunub. Əvvəlcədən qərara alındığı kimi, əməliyyat şirkəti gələn il 6 quyu qazacaq.

2006-cı ildə müqavilə meydançasında 8 quyunun qoazılması nəzərdə tutulur. 4 quyu istismar quyusu kimi, 2 quyu suyun vurulması, 1 quyu kəşfiyyat, daha 1 quyu isə qiymətləndirmə quyusu kimi planlaşdırılıb. Nəzərdə tutulan nvestisiya həcmi 50 mln. dollar təşkil edəcək. Qazma işləri- Great Wall Çin qazma idarəsi tərəfindən aparılacaq.

Xəbər lenti

Xəbər lenti