...

ARDNŞ 2007-ci ilin birinci rübündə Bakı NEZ-lərin neftlə yüklənməsini artıracaq

Energetika Materials 2 Dekabr 2006 14:22 (UTC +04:00)

2006-cı ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft emalı müəssisələrinin neftlə yüklənməsini ayda 160 min ton artırmaq niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, "Heydər Əliyev adına" və Azərneftyag NEZ-in neftlə yüklənməsi ABƏŞ-in Bakı-Novorossiysk boru kəməri ilə xammal nəqlinin artması və I rübdə neftin Novorossiyskdən göndərilməsində ARDNŞ-in payının azalması səbəbindən artırılacaq.

Oktyabr ayında Azərbaycan NEZ-də 552,62 min ton neft emal olunub. Bunun 382,16 min tonu "H.Əliyev adına" NEZ, 170,46 min tonu isə Azneftyağ NEZ-in payına düşür.

2006-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft emalı zavodlarında neft emalının ümumi həcmi 6 mln. 200,77 min ton təşkil edib. Bu isə ötən ilin analoji dövründən 2,9% - 175,15 min ton çoxdur.

Emal olunmuş neftin ümumi həcmindən 3 mln. 478,11 min ton "H.Əliyev adına" NEZ, 2 mln. 722,66 min ton isə "Azneftyağ" NEZ-in payına düşür. Bu zaman ötən illə müqayisədə neft emalının həcmi "H.Əliyev adına" NEZ-də də 256,34 min ton artıb, "Azneftyağ" NEZ-də isə 81,18 min ton aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti