...

"Azərenerji" SC yanvar ayında Bakıda modul elektrostansiyalarının tikintisini başa çatdıracaq

Energetika Materials 4 Dekabr 2006 17:08 (UTC +04:00)

Bakı modul elektrostansiyasının tikilmə-quraşdırılma işləri 2007-ci ilin əvvəllərində başa çatacaq. Stansiyanın işəsalma mərasimindən sonra bu ilin yanvarında onun istismarı nəzərdə tutulur. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildiriblər.

Bu elektrik stansiyasında modul elektrostansiyalarının tikinti proqramı çərçivəsində beşinci və sonuncu olacaq.

Belə stansiyalar əvvəllər Şəkidə və Astarada tikilib. İlin sonuna qədər daha iki stansiya Xaçmazda və Naxçıvanda təhvil veriləcək. Bakı elektrik stansiyası 140 MVt gücü ilə işləyir. Burada 8, 7 MVt gücü olan 12 generator quraşdırılacaq. Hal-hazırda avadanlığın quraşdırılması prosesi gedir. Demək olar ki, artıq 110 kilovatlıq yarımstansiyanın tikintisi başa çatıb.

Belə tipli digər stansiyalarda olduğu kimi tikintini Finlyandiyanın Wartsila şirkəti podrata götürüb.

Azərbaycan prezidentinin sərəncamına əsasən "Azərenerji" SC tikintini təmin etməli və Bakıda, Naxçıvanda, Astarada, Xaçmazda və Şəkidə quraşdırılacaq 52 qurğunu təhvil verməlidir. 2006-cı ildə belə qurğulardan 12-si Bakı YES -2 ərazisində, 10-u Naxçıvanda, daha 10-u isə Şəkidə və Xaçmazda quraşdırılacaq. Onlar "Azərqaz"ın təhciz etdiyi təbii qazla işləyəcək. Bu elektrostansiyalar hər birinin 8,7 MVt gücü olan enerji modullarından ibarətdir.

Elektrostansiyaların tikintisi Azərbaycanda elektrik enerjisi istehsalının həcminin 450-460 MVt-a qədər yüksəlməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti