...

"Azərenerji" Azərbaycanın Ağcabədi rayonundakı yarımstansiyanı əsaslı surətdə təmir edib

Energetika Materials 4 Dekabr 2006 18:31 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti Azərbaycanın Ağcabədi rayonundakı yarımstansiyanı əsaslı surətdə təmir edib. Trend xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.

Bu tədbirlər çərçivəsində 35 kilovoltluq elektrik açarları əsaslı təmir edilib, 10 kV elektrik açarlarının detalları yenilənir. Həmçinin 25 və 40 MV-lıq transformatorların da cari təmiri həyata keçirilib.

SC-dən bildirilib ki, bu yarımstansiya mühüm əhəmiyyətə malikdir, belə ki, o, təxminən 46 yaşayış məntəqəsini təchiz edir. Oradan sutkada 850 min kilovat-saat elektrik enerjisi keçir.

Xəbər lenti

Xəbər lenti