...

Gürcüstan magistral qaz kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri arasında qovuşuq yeri Gürcüstana veriləcək

Energetika Materials 5 Dekabr 2006 13:57 (UTC +04:00)

Bakı-Tbilisi-Ərzurum qaz magistralını Gürcüstan qaz kəməri magistralı ilə birləşdirən boru kəmərinin 12,5 kilometrlik ərazisi Gürcüstanın Beynəlxalq Neft-qaz Korporasiyasının mülkiyyətinə veriləcək. Bu barədə jurnalistlərə Gürcüstanın energetika naziri Nika Gilauri məlumat verib.

BP-Georgia şirkətinin hökümətlə əlaqələr üzrə meneceri Giya Qvaladzenin "Novosti-Qruziya" agentliyinə verdiyi məlumata görə, qaz kəmərinin bu hissəsi Bakı-Tbilisi-Ərzurum (SCP) boru kəmərinə paralel olaraq Gürcüstan ərazisindən keçir və SCP sisteminin gürcü qaz-nəqliyyat sistemi ilə birləşməsi üçün nəzərdə tutulub. Qaz kəməri vasitəsilə Gürcüstan Şahdəniz yatağından hasil edilən qazı əldə edə biləcək.

Trend xəbər verir ki, qaz kəmərinin 12,5 kilometrlik hissəsinin tikintisi üzrə işləri Azərbaycanın "Xəzərdənizneftqaztikinti" tresti həyata keçirib.

Xəbər lenti

Xəbər lenti