...

Azərbaycan Sənaye və Energetika Nazirliyi sənayenin inkişaf etdirilməsi proqramı üzərində işi yekunlaşdırır

Energetika Materials 6 Dekabr 2006 13:51 (UTC +04:00)

Azərbaycan Sənaye və Energetika Nazirliyi bu ilin sonuna kimi respublikada sənayenin inkişaf etdirilməsi proqramı üzərində işi başa çatdırmaq niyyətindədir. Bu barədə Trend ə sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov məlumat verib.

Hazırda proqramda əks olunmalı vacib məlumatların toplanması prosesi gedir. O qeyd edib: "Bundan başqa, nazirlik proqramın realizə formasını da müəyyən etməlidir. Bu gün iki variant var - zona və sahə".

Sənayenin inkişaf etdirilməsi proqramının realizəsi çərçivəsində əsas diqqət iqtisadiyyatın qeyri-neft sektorlarının, xüsusilə kənd təsərrüfatı, yeyinti, yüngül sənaye, tikinti materiallarının istehsalı, əlvan metallurgiya sahələrinin inkişafına ayrılacaq.

Proqramın əsas məqsədi - xaricdən idxalın azaldılmasıdır. Bunun üçün nazirlik buna imkan verə bilən sahələrin inkişaf proqramını hazırlamaq niyyətindədir.

O qeyd edib: "Bu halda yerli istehsala dəstək məqsədilə normativ-hüquqi aktların qəbul edilməsi də mümkündür".

Xəbər lenti

Xəbər lenti