Bu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasının enerji sisteminə 110 mln. kVt/s-dan artıq elektrik enerjisi daxil olub. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
"Araz" SES noyabr ayında muxtariyyatın enerji sisteminə 3 mln. kVt/s elektrik enerjisi verib.
Naxçıvan qaz-turbin stansiyası noyabr ayında 17,6 mln. kVt/s elektrik enerjisi hasil edib.
Noyabr ayında İrandan NMR-ə elektrik enerjisi tədarükü 62,3 mln. kVt/s, Türkiyədən isə 27,6 mln. kVt/s təşkil edib. Hazırda İİR-dən sutkada orta hesabla 2 mln. kVt/s elektrik enerjisi, Türkiyədən isə 1-1,2 mln. kVt/s elektrik enerjisi daxil olur.