...

"Azəriqaz" QSC qaz anbarlarının genişləndirilməsi layihəsinə başlayır

Energetika Materials 6 Dekabr 2006 16:33 (UTC +04:00)

Bu ilin sonunadək "Azəriqaz" qapalı səhmdar cəmiyyəti Qaradağ yeraltı qaz anbarının yenidən qurulması üçün tender elan etmək niyyətindədir. Bu barədə Trend ə "Azəriqaz" QSC-nin birinci vitse-prezidenti Nazim Səmədzadə məlumat verib.

Ehtimal olunur ki, Qaradağ qaz anbarı 5 mlrd. kubmetr qazın saxlanması imkanına qədər genişləndiriləcək. N.Səmədzadə qeyd edib ki, tenderin elan olunacağı birinci mərhələdə onun 2,3 mlrd. kubmetrə qədər genişləndirilməsi nəzərdə tutulub.

Layihənin reallaşdırılması zamanı tam surətdə təhvil verilmə nəzərdə tutulur. Bu zaman həm yerüstü, həm də yeraltı modernləşdirmə işləri həyata keçiriləcək. İşlərin 2008-ci ildə başa çatacağı ehtimal olunur.

Azərbaycanda iki çəndən - Qaradağ və Kalmaz qaz anbarından istifadə olunur. Onların ümumi həcmi 1 mlrd. -1,1 mlrd. kubmetr qaz təşkil edir.

Xəbər lenti

Xəbər lenti