...

"Azərenerji" SCADA layihəsi üzrə tender keçirir

Energetika Materials 6 Dekabr 2006 16:40 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyətinin SCADA sisteminin yaradılmasının ikinci mərhələsinin layihəsi üzrə elan etdiyi tenderdə 4 şirkət - Arena, GBB, Siemens, General Electric iştirak edəcək. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Hazırda "Azərenerji" səhmdar cəmiyyətində SCADA sisteminin yaradılmasının birinci mərhələsi bitmək üzrədir. Dekabrın sonunda bu layihə tamamilə başa çatacaq. Bu zaman mütəxəssislər tam öyrənənədək köhnə dispetçer mərkəzi yenisi ilə birgə işləyəcək.

Bu layihənin ilk mərhələsi Almaniyanın KfW bankının 2,5 mln. avro məbləğində vəsaiti hesabına həyata keçirilib. Layihənin ikinci mərhələsinin gələn il Dünya bankının vəsaitləri hesabına reallaşdırılması nəzərdə tutulub.

Layihənin ikinci mərhələsinin ümumi dəyəri 55 mln. ABŞ dolları həcmində qiymətləndirilir. Bundan 47 mln. ABŞ dolları DB, 8 mln. ABŞ dolları isə Azərbaycan tərəfindən veriləcək. Layihə Azərbaycanın bütün rayonlarının sistemlə təchizatını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti