...

Neft hasil edən platformada texniki problemlər səbəbindən BP yüngül neftin hasilatını xeyli azaldıb

Energetika Materials 6 Dekabr 2006 17:03 (UTC +04:00)

Etibarlı mənbələrdən Trend in əldə etdiyi məlumata görə, "Azəri" yatağının mərkəzi hissəsində qurulan platformada yaranmış çətinliklərdən sonra "Azəri-Çıraq-Günəşli" dəniz yatağında Azeri Light çeşidli neftin hasilatı sutkada 200 min barrel azalıb.

"Mərkəzi Azəri" platformasında elektrik enerjisi hasilatı ilə bağlı problem yaranıb. Mənbələr qeyd edir ki, "Mərkəzi Azəri" platformasındakı generatorun 4 turbinindən yalnız biri işləyir.

İlkin hesablamalara görə, təmir hələ 10 gün sürəcək. Neft ixracı dekabr ayında 2-2,5 mln. barrel azala bilər.

Xəbər lenti

Xəbər lenti