...

Gürcüstanın energetika naziri: "Türkiyənin "Şahdəniz"dəki payı ilə bağlı məsələnin qəti həlli üçün daha bir görüş lazımdır"

Energetika Materials 8 Dekabr 2006 14:34 (UTC +04:00)

Gürcüstanın energetika naziri Nika Qilauri hesab edir ki, "Şahdəniz" yatağındakı qaz payı ilə əlaqədar yekun qərar üçün daha bir görüş keçirmək lazımdır. Trend in müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri üç ölkənin energetika nazirlərinin görüşündən öncə Tbilisidə bildirib.

Danışıqlar "Tbilisi Merriott" mehmanxanasında aparılır.

N.Qilauri bildirib: "Bu danışıq prosesi artıq neçə aydır ki, davam edir və mən düşünürəm ki, biz qarşılıqlı əlverişli qərar tapacağıq".

Gürcüstan Türkiyənin 300 mln. kubmetr qaz kvotasını almaq niyyətindədir, belə ki, İstanbul hələ "Şahdəniz" yatağından öz payını qəbul etməyə hazır deyil.

N.Qilauri qeyd edib ki, nazirlərin sonuncu görüşü Bakıda keçiriləcək və danışıqların nəticəsi barədə indidən söz demək hələ tezdir.

Qeyd edək ki, Türkiyə qazına Bakı da iddialıdır.

Xəbər lenti

Xəbər lenti