...

İlin sonuna qədər "Günəşli" yatağında yeni quyu təhvil veriləcək

Energetika Materials 8 Dekabr 2006 16:47 (UTC +04:00)

Bu ilin noyabr ayında "Bulla" Dəniz qazma işləri idarəsi ən böyük qazma idarəsi olan "Bayıl limanı" ilə birləşmişdi. Əvvəllər isə bu idarəyə üzən qazma qurğuların köməyi ilə dənizdə kəşfiyyat qazma işləri aparan xüsusi texniki vasitələrin dəniz qazma işləri idarəsi birləşmişdi. Trend xəbər verir ki, bu barədə ARDNŞ məlumat verib.

Hal-hazırda "Bayıl limanı" "28 may", "Neft daşları", "Nəriman Nərimanov" neftqazhasiledən idarələrin sifarişi ilə işləyir.

1982-ci ildən etibarən idarə "Günəşli" yatağında 200 quyu qazıb ki, bu quyulardan 123 mln. ton neft və 38 mlrd. kub metr qaz hasil edilib. İdarə başçısı Fərhad Məmmədovun sözlərinə görə, idarənin hal-hazırda əsas məqsədi ARDNŞ-ın qaz proqramının reallaşdırılmasıdır.

Bu il "Bayıl limanı" "Günəşli" yatağında 2 neft və 3 qaz quyusu qazaraq təhvil verib. Bu quyuların sutkalıq hasilatı 400 ton neft və 1 mln. kub metr qaz təşkil edir. "Günəşli" yatağından noyabr-dekabr ayı ərzində 6,7 mln. kub metr qaz proqnozlaşdırıldığı halda həmin yataqdan sutkada 10,5 mln. qaz hasil edilir. Dekabrda yataqda daha bir quyu təhvil veriləcək.

Proqrama əsasən, "Günəşli"də 7 qaz quyusunun qazılması planlaşdırılır. Həmin quyuların bir hissəsinin qazılmasına artıq başlanıb və həmin quyular gələn ilin əvvəlində təhvil veriləcək. Bundan başqa, 14 saylı platformada iki quyuda köklü təmir işləri aparılır.

Xəbər lenti

Xəbər lenti