...

"Şahdəniz"dən Gürcüstan üçün ayrılan qazın dəqiq həcmi dekabrın 15-də Bakıda məlum olacaq

Energetika Materials 9 Dekabr 2006 12:12 (UTC +04:00)

Azərbaycan əlavə olaraq "Şahdəniz" yatağından əldə olunan təbii qazın Türkiyə payından bir hissə qazanacaq. Bunu Tiflisdə mətbuat konfransında Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev bəyan edib. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir.

N.Əliyev Gürcüstanın energetika naziri Niki Qilauri və Türkiyənin energetika naziri Hilmi Gülərlə danışıqlar aparıb.

"Tiflislə danışıqlar bununla əlaqədardır ki, dekabrın 15-dən etibarən "Şahdəniz" yatağının istismar işləri nəzərdə tutulub; sonrakı quyu yanvarın 2-də, üçüncüsü fevralda işə düşəcək. Lakin Rusiyanın qazın qiymətinin qaldırılması barədə qərarı yeni reallıqlar yaradır ki, bunu dostluq və işgüzar atmosferdə müzakirə etmək vacibdir" - Əliyev deyib.

O, vurğulayıb ki, nazirlər prezidentlərin tapşırıqlarını yerinə yetirirlər, belə ki, bir-birinə kömək barədə prinsipial qərar Türkiyə, Gürcüstan və Azərbaycan prezidentləri səviyyəsində qəbul olunub.

"Azərbaycan və Gürcüstana dəstək və qarşılıqlı yardım əlaməti olaraq, Türkiyə tərəfi gələn il Türkiyəyə getməli olan Şahdəniz qazının həcmində güzəştə gedir"- deyə o, qeyd edib. Əliyev deyib ki, gələn həftə məsələnin qəti həlli üçün Gürcüstanın Neft və qaz şirkətinin, ARDNŞ-ın, "BOTAŞ"-ın təmsilçiləri Bakıya toplaşacaqlar. "Mütəxəssislərin görüşü əhəmiyyətlidir, çünki, əvvəl bağlanmış müqavilədə regionda bu günki situasiyanın şərtlərinə uyğun olaraq, dəyişikliklər aparmaq vacibdir" -deyə Azərbaycanın Energetika və Sənaye nazir qeyd edib.

Birgə mətbuat konfransında Gürcüstanın energetika naziri Nika Qilaurinin bəyan etdiyi kimi, Şahdənizdən Gürcüstana ayrılan qazın həcmi barədə qəti qərar bir həftədən sonra Gürcüstan, Azərbaycan və Rusiya mütəxəssislərinin Bakıda keçiriləcək görüşündə məlum olacaq.

"Sizi maraqlandıran rəqəmlər onda səsləncək və bunlar dəqiq, qəti rəqəmlər olacaq"- deyə Qilauiri qeyd edib. O, vurğulayıb ki, Türkiyə siyasi əzm göstərib və Gürcüstana dəstək barədə qərar qəbul edib.

"Türkiyə tərəfi öz qaz payını Gürcüstana verməyə hazırdır"- nazir deyib. Türkiyə 2,8 miliard kub metr qaz almalıdır, amma o, bu qazın bir hissəsini Gürcüstan və Azərbaycanla bölüşməyə hazırdır. Türkiyənin 2007-ci ildə məhrum olduğu qazın miqdarı sonrakı illərdə yerini dolduracaq.

Xəbər lenti

Xəbər lenti