• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Energetika

BMT EITI-ya lazımi dəstək göstərməyə hazır olduğunu bildirib

9 Dekabr 2006 15:11 (UTC+04:00)
  • 0
  • 0

Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə (EITI) İdarə Heyətinin ilk iclası keçirilib. Trend Azərbaycan Dövlət Neft Fondunun məlumatına istinadən xəbər verir ki, Azərbaycan tərəfdən toplantıda idarə heyətində Azərbaycanı təmsil edən ARDNF-in İcraçı Direktoru Şahmar Mövsümov iştirak edib.

İclasda İdarə Heyətinin fəaliyyətinə dair müxtəlif məsələlər müzakirə edilib, həmçinin EITI Katibliyinin yerləşəcəyi məkanın müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Bir neçə təklifin müzakirəsindən sonra Norveç hökumətinin təşəbbüsü nəzərə alınıb və Katibliyin bu ölkənin paytaxtı Oslo şəhərində yerləşməsi barədə qərar qəbul edilib.

Idarə Heyətinin üzvləri Şəffaflıq TəŞəbbüsünə qoşulmuş ölkələrin Təşəbbüsün tətbiqi ilə bağlı üzərinə götürdükləri öhdəliklərin yerinə yetitirlməsi məsələsini də müzakirə ediblər. Müzakirələr zamanı Azərbaycanın Təşəbbüsün həyata keçirilməsində dünya ölkələri arasında aparıcı rolu bir daha təsdiqlənib və Təşəbbüslə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələrin EITI-i tətbiq edən dövlətlərin siyahısından xaric edilməsi təklif olunub.

İclasdan sonra BMT-nin Baş Katibi Kofi Annan EITI-in İdarə Heyətinin sədrini qəbul edib. Baş katib EITI-in hasilat sənayesində şəffaflığın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirərək BMT-nin Təşəbbüsə bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.

Daha sonra keçirilən mətbuat konfransında Ş.Mövsümov bildirib ki, Azərbaycan höküməti BMT Baş Assambleyasında Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamənin irəli sürülməsi məsələsinə baxacaq.

EITI üzrə İdarə Heyəti 16 oktyabr 2006-cı ildə Osloda Təşəbbüsün gələcək fəaliyyətinin əlaqələndirilməsi üçün təsis edilib. Onun başlıca funksiyaları EITI-nın ümumi inkişafı, onun strateji istiqamətləri və Təşəbbüsün səmərəli tətbiqi üzərində nəzarətin təmin olunması və onların növbəti beynəlxalq konfransda təqdim edilməsi üzrə tövsiyyələrin hazırlanmasıdır. İdarə heyətinə EITI-nı tətbiq edən beş ölkə - Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan və Nigeriya, Təşəbbüsü dəstəkləyən üç ölkə - ABŞ, Böyük Britaniya və Almaniya, eləcə də beş QHT, beş hasilat şirkəti və bir investisiya şirkətinin nümayəndələri daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Azərbaycanda məişət tullantıları hesabına 170,3 milyon kVt-saat elektrik enerjisi istehsal edilib
Energetika 24 Aprel 20:50
Daha üç yaşayış məntəqəsinə qaz verilib (FOTO)
Energetika 24 Aprel 16:03
İran TANAP vasitəsilə qaz ixracını təşkil edə bilər
Energetika 24 Aprel 13:51
Azərbaycan neftinin bir bareli 75 dollara satılır
Energetika 23 Aprel 23:00
Mərkəzi-Aran rayonlarında elektrik şəbəkələri yenidən qurulur
Energetika 23 Aprel 22:12
SOCAR Bakı NEZ-də bitum qurğusunun istifadəyə veriləcəyi tarix barədə
Energetika 23 Aprel 16:44
“Socar Polymer” zavodlarının işə düşəcəyi tarix açıqlanıb
Energetika 23 Aprel 15:38
Azərbaycan energetika nazirinin yeni köməkçisi təyin olunub
Energetika 23 Aprel 13:41
BP Azərbaycan ərazisində 8 dəniz platforması inşa edib
Energetika 23 Aprel 12:43
Nazir: Azərbaycanın OPEK-ə daxil olması gündəlikdə deyil (YENİLƏNİB)
Energetika 23 Aprel 11:53
Azərbaycan neft hasilatında mənfəət neftinin payı artırmaqda davam edir
Energetika 23 Aprel 11:25
Azərbaycan AÇG-dən indiyədək 130 milyard dollardan çox gəlir əldə edib
Energetika 23 Aprel 10:51
Bakıda III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" Forumu işə başlayıb
Energetika 23 Aprel 10:47
Azərbaycan neftinin QİYMƏTİ bahalaşmaqda davam edir
Energetika 20 Aprel 23:10
Nazirdən PROQNOZ: Aprel ayında neftin qiyməti 80 dollara çata bilər
Energetika 20 Aprel 18:04
Hasilat Sənayesində Şəffaflıq üzrə hesabatı hazırlayacaq qalib şirkətin adı açıqlanıb
Energetika 20 Aprel 16:36
Azərbaycan nefti 74 dollar həddini keçdi
Energetika 19 Aprel 23:04
Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb
Energetika 19 Aprel 16:40
Ən çox oxunanlar
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib (FOTO)
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb (ÖZƏL) (FOTO)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter