...

Azərbaycan və Rusiya elektrik enerjisinə dair Bakıda danışıqlara hazırlaşır

Energetika Materials 11 Dekabr 2006 17:37 (UTC +04:00)

"Azərenerji" SC-dən Trend ə verilən məlumatda deyilir ki, cəmiyyətin səhmdarları ilə danışıqlar aparmaq üçün bu həftə RAO "EGS Rossii" rəhbərliyinin Bakıya səfəri gözlənilir. Danışıqlar zamanı 2007-ci ildə Azərbaycana veriləcək elektrik enerjisinin qiyməti və həcmi müzakirə ediləcək.

Əvvəl Azərbaycan 2006-cı ilin sonuna kimi elektrik enerjisi tədarükü ilə bağlı Rusiya ilə razılıq əldə etmişdi. 2006-cı ilin sonuna kimi əməkdaşlıq əvvəlki şərtlərlə davam edəcək. 2007-ci ildən Azərbaycan Rusiyadan 700 mln. kVt/s elektrik enerjisi almaq niyyətindədir.

Keçən il Rusiyadan Azərbaycana 1 mlrd.033 kVt/saat elektrik enerjisi tədarük edilib. Tədarük hər 1 kVt/s üçün 2,8 sent olmaqla həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti