...

"Azərbaycan qaz emalı zavodu" boru alınması üçün tender elan edib

Energetika Materials 13 Dekabr 2006 15:19 (UTC +04:00)

"Azərbaycan qaz emalı zavodu" Açıq tipli Səhmdar Cəmiyyəti polad boru seksiyalarının satınalınması üçün tender elan edib. Trend in verdiyi xəbərə görə, tender zavod qurğularında soyuducular üçün 40 ilanvari polad boruya elan olunub.

Tenderin təkliflərinin qiymətləndirilməsində aşağı qiymətə, yüksək keyfiyyətə, müqavilələrin vaxtında yerinə yetirilməsi və iddiaçıların ixtisas göstəricilərinin uyğunluğuna üstünlük veriləcək.

Layihənin icra müddəti 10 aydır. Ərizələr, ödəmələr haqqındakı bank sənədləri və iddiaçılar barədə məlumat 2007-ci ilin 10 yanvarına qədər təqdim olunmalıdır. Tender təklifləri 2007-ci ilin 17 yanvarınadək qəbul olunacaq. Tender təklifləri 2007-ci il yanvarın 18-də açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti