...

Xarici şirkət Azərbaycanın qurudakı yatağında yeni quyu qazmağa hazırlaşır

Energetika Materials 13 Dekabr 2006 18:02 (UTC +04:00)

"Salyan Oil" əməliyyat şirkətindən Trend ə verilən məlumatda deyilir ki, şirkət ilin sonuna kimi "Kürsəngi-Qarabağlı" yatağında növbəti - beşinci istsmar quyusunu qazmağa hazırlaşır.

Şirkət qazma işlərinə başlamaq üçün torpaq seçilməsi ilə bağlı bəzi çətinliklərlə üzləşib. Bu çətinliklərin həllindən sonra şirkət qazma işlərinə başlayacaq, lakin başqa nöqtə seçiləcəyi də istisna edilmir. Bu quyuda işləri gələn il yanvar ayının ortalarına kimi yekunlaşdırmaq planlaşdırılıb.

Bu yaxınlarda şirkət dördüncü quyunun qazıntısını başa çatdırıb. Şirkət nümayəndələrinin sözlərinə görə, quyunun dərinliyi 3744 metr təşkil edib. Hazırda həmin quyunun mənimsənilməsi prosesi gedir.

Əvvəl bu il üçün 8 quyu qazılması nəzərdə tutulmuşdu.

Xəbər lenti

Xəbər lenti