...

Azərbaycan "Şahdəniz" yatağından ilk qazın qəbuluna hazırlaşır

Energetika Materials 14 Dekabr 2006 13:30 (UTC +04:00)

"BP Azerbaijan" "Şahdəniz" yatağında ilk qaz istismar quyusunun yoxlanılmasını həyata keçirir. Trend bildirir ki, müəyyən dövrlərdə quyu açılır, orada texniki işlər görülür və quyu yenidən bağlanır. Neft-qaz sahəsindəki mənbələr göstərir ki, ilk kommersiya qazının hasilatı artıq bu həftə başlanılmalıdır.

Mənbələrdən bildirirlər ki, "Boru kəmərləri ilə ilk qaz tədarükünün artıq bu gün başlanması istisna edilmir". Ümumilikdə yataqda 4 istismar quyusu qazılıb.

Buna baxmayaraq, Azərbaycan qaz alınması ilə bağlı İranla danışıqları davam etdirir.

Mənbədən bildiriblər ki, "Hazırda İrandan qaz idxalının kommersiya və texniki məsələləri həll edilir". Azərbaycan 2007-ci ildə İrandan 1 mlrd. m3 qaz ala bilər. Hazırda Azərbaycan həmçinin Rusiyadan sutkada 15-16 mln. m3 qaz idxalını davam etdirir.

Mənbəyə istinadən, bu həcm dekabrın sonuna kimi saxlanılacaq.

"Azəriqaz" QSC-dan Trend ə bildiriblər ki, Azərbaycanın qaz nəqli sistemi "Şahdəniz" yatağından qaz qəbulu üçün tam şəkildə hazırdır.

"Azəriqaz"dan bildiriblər: "Bunun üçün mövcud qaz kəmərindən istifadə ediləcək. Yeni kəmər - Səngəçal-Hacıqabul isə 2007-ci ilin aprel-may ayları üçün tikilib tamamlanacaq".

Xəbər lenti

Xəbər lenti