...

BP "Mərkəzi Azəri" yatağında neft hasilatını əvvəlki həcmdə bərpa edib

Energetika Materials 14 Dekabr 2006 13:36 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" yatağının tammiqyaslı işlənməsi layihəsinin operatoru - BP platformada elektrik təchizatının gücü ilə bağlı problem aradan qaldırıldıqdan sonra yatağın "Azəri" hissəsində neft hasilatının əvvəlki rejimdə bərpası barədə bildirib. Bu barədə Trend ə şirkətdən xəbər veriblər.

"Azəri-Çıraq-Günəşli" yatağının "Mərkəzi Azəri" hissəsində hasilat azalana qədər sutkada 600 min barreldən çox neft hasil edilirdi. "Azəri" yatağının mərkəzi hissəsində neft hasilatı - 263 min barrel, qərb hissəsində - 150 min barrel, şərq hissəsində - təxminən 70 min barrel və "Çıraq" yatağında - 138 min barrel təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti