...

Ukrayna Dövlət gömrük komitəsi Azərbaycana boru məhsulunun ixrac həcmini açıqlayıb

Energetika Materials 14 Dekabr 2006 13:47 (UTC +04:00)

2006-cı ilin 11 ayı ərzində Ukraynadan təxminən 1,708 mlrd. ABŞ dolları məbləğində təqribən 1,85 mln. ton boru məhsulu ixrac olunub. Ötən illə müqayisədə borunun ixrac həcmləri 15,7% artıb.

Trend Ukrayna Dövlət gömrük komitəsinin məlumatına istinadən xəbər verir ki, Ukrayna borularının satın alınması üzrə ikinci və üçüncü yerləri Özbəkistan və Qazaxıstanı sıxışdırıb çıxararaq, BƏƏ və Azərbaycan tutub.

Məlumatda qeyd olunub ki, Azərbaycan noyabr ayında Ukraynada 9,967 min ton boru alıb. Beləliklə, Ukraynadan Azərbaycana ümumi boru ixracında pay 5,45 % təşkil edib. Noyabr ayında Ukrayna borularını alan ilk 10 ölkə:

Alıcı

Həcm, min t

İxracın ümumi strukturunda pay, %

RF

86,994

47,56

BƏƏ

11,385

6,22

Azərbaycan

9,967

5,45

Almaniya

9,717

5,31

Qazaxıstan

8,596

4,70

Belarus

7,990

4,37

ABŞ

5,432

2,97

Polşa

4,665

2,55

Özbəkistan

3,452

1,89

Türkiyə

3,396

1,86

Xəbər lenti

Xəbər lenti